“KREDİT BORCU İLƏ BAĞLI CƏZALAR ƏKSİNƏ,YÜNGÜLƏŞDİRİLİR…” – Zahid Oruc

“Cinayət Məcəlləsində kredit borcu olan vətəndaşlara qarşı seçilən cəza tədbirlərinin sərtləşdirilməsi haqqında informasiya vasitələrində yayılan məlumatlar doğru deyil və gerçəkliyi əks etdirmir”.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

O, deyib ki, 20 oktyabrda parlamentin müzakirəsinə çıxarılan layihədə nəzərdə tutulan müddəalar tamam deyilənlərdən fərqlidir.

“Belə ki,cinayət qanunvericiliyinin humanistləşdirilməsini nəzərdə tutan və bu məqsədlə 301-ci maddəyə tətbiq edilən yeni yanaşmada kredit borcları ilə bağlı iki maddəyə edilən dəyişiklik,əksinə cəzaların yüngülləşdirilməsini nəzərdə tutur.

O üzdən vətəndaşlarının yalan xəbərlə çaşdırılması və dövlətin humanist məramının başqa cür təqdim olunması medianın obyektivlik və vicdanlılıq prinsipləri ilə bir araya sığımır.

Əksini düşünənlər buyurub layihə ilə tanış ola bilər”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

AŞPA Bürosunun üzvü: “Azərbaycana qarşı lobbi formalaşıb-həm də güclü və təsirli lobbi…”

Read Next

Məhkəmə-Hüquq Şurasında birinci instansiya məhkəmələrinin 70-dək hakiminin fəaliyyəti qiymətləndirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir