Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Orta yol yoxdur. Vaşinqton Avropadakı müttəfiqlərini indidən ona hazırlayır ki, Rusiya köhnə qitəyə enerji daşınmasını dayandırsa, hansı alternativlər reallaşdırılmalıdır. Bu o deməkdir ki, Vaşinqtonun özü də Kremlin müsbət cavabına ümid etmir.
Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“ABŞ və NATO Kremlə onun aylardır tələb etdiyi yazılı cavabı göndərib. Cavabın mahiyyəti budur: 1) ABŞ və müttəfiqləri Rusiya ilə NATO-nun genişlənib-genişlənməyəcəyi mövzusunu müzakirə etməyəcək, hər bir dövlətin müstəqil xarici və təhlükəsizlik siyasəti var, Şimali Atlantika Blokunun qapıları açıqdır; 2)ABŞ və NATO Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etməyəcək; 3)ABŞ və NATO Rusiya ilə silahlara nəzarət, şəffaflıq və risqlərin azalması mövzularını müzakirə etməyə hazırdır. Beləliklə, ABŞ və NATO Rusiyanın 3 tələbindən ikisini rədd edib. Aydındır ki, bu cavab Kremli qane etməyəcək. “Silahlara nəzarət, şəffavlıq və risqlərin azaldılması” amorf mövzulardır və Kremli maraqlandırmır”-deyən politoloqun sözlərinə görə, çünki Rusiya prezidenti Vladimir Putinin təbirincə deyilsə, Vaşinqton verdiyi vədi yerinə yetirmir.
“Kreml Vaşinqtona və Brüsselə 3 tələb irəli sürməklə düşünürdü ki, təşəbbüsü ələ keçirib. İndi tam tərsidir, Vaşinqton və Brüssel tələblərə yazılı cavab göndərməklə topu Kremlə atıb. Rusiya prezidenti ya Vaşinqtonun və Brüsselin cavabını qeyri-qənaətbəxş hesab edib Ukraynaya müdaxilə planını reallaşdıracaq, ya da dialoqun davamını seçib Ukrayna ilə sərhəddəki qoşunlarını tədricən geri çəkəcək. Orta yol yoxdur. Vaşinqton Avropadakı müttəfiqlərini indidən ona hazırlayır ki, Rusiya köhnə qitəyə enerji daşınmasını dayandırsa, hansı alternativlər reallaşdırılmalıdır. Bu o deməkdir ki, Vaşinqtonun özü də Kremlin müsbət cavabına ümid etmir”-deyə, o, əlavə edib.
Etikxeber.az