Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ-ın tarixində pulla torpaq alınması faktları çoxdur, bu gün də Tramp Qrenlandiyanı almaq üçün Danimarkaya təklif irəli sürüb.
Təklif maraqlıdır – ildə 600 mln. dollar ödəməklə müddətsiz icarəyə götürmək istəyirlər.
Yəni, ada de-fakto ABŞ-ın olacaq, amma de-jure Danimarkanın da haqqı-hüququ ada üzərində qalacaq.
Anlaşna baş tutsa adada ABŞ qanunları işləyəcək, ABŞ adanın tam hüquqlu icarədar sahibi olacaq.
Amma Qrenlandiya vətəndaşları Damimarka vətəndaşlığında qalacaq, ABŞ seçkilərində iştirak etməyəcəklər.
Məncə digər konfliktlərə örnək ola biləcək mexanizm, president hazırlığına start verilib.
Yəni, məsələ tək Qrenlandiya deyil – eyni yanaşma ilə Krım məsələsinin həllinə də hazırlıq gedir – Rusiya Krımı “özəlləşdirmək” üçün Ukrayna ilə bənzər müqavilə bağlayıb məsələni həll edəcək.
Rusiya və Qərb birlikdə bu məsələni həll etməyi düşünür ki, Rusiya ilə yaxınlaşma başlasın və ümumi ciddi rəqibə – Çinə qarşı birgə saf tutsunlar.
Çox güman yaxın aylarda Rusiya G-8 formatına dönəcək, Ukrayna ilə sülh imzalanacaq, Donbas Kiyevin nəzarətinə qayıdacaq, amma Krım “müddətsiz icarə müqaviləsi” prinsipi ilə Rusiyanın tərkibində rəsmiləşəcək, əvəzində Rusiya hər il Ukraynaya pul ödəyəcək, ya da pulsuz neft-qaz verəcək.
P.S. Bu mexanizmin bütün post-sovet məkanındakı konfliktlərə tədbiq edilmə ehtimalı da var. Diqqətli və hazırlıqlı olmalıyıq…
Natiq CƏFƏRLİ
Etikxeber.az





