“Küçə və məktəblərə Şəhidlərimizin adları verilməlidir…Orden-medal məsələsi kənara qoyulmalıdır”-ƏLİ MƏSİMLİDƏN ÇOX ÖNƏMLİ TƏKLİF

Bir çox Şəhid ailələri tərəfindən Şəhidlərlə bağlı Şəhid bulaqları tikilir. Amma bəzi Şəhid ailələri də var ki, maddi imkansızlıq üzündən bunu edə bilmirlər. Ona görə yaxşı olardı ki, digər Şəhidlərimizlə bağlı Şəhid bulaqlarının tikilməsi məsələsi yerli icra hakimiyyətləri tərəfindən və dövlət büdcəsi hesabına həll edilsin.

Etikxeber.az xəbər verir ki, bu təkliflə parlamentin bugünkü iclasında Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxış edib.

O, həmçinin, Şəhidlərin adlarının küçələrə və məktəblərə verilməsi məsələsini qaldırıb.

Bildirib ki, burada medalların sayı və ya orden məsələsi əsas olmamalıdır.

“İstər Şəhidlərimiz, istərsə də Qazilərimiz hərəsi bir Qəhrəmandır. Ona görə də orden və ya medal məsələsi kənara qoyulmalıdır. Şəhidlərimizin adları küçələrə və məktəblərə verilməlidir. Yüzlərlə küçə var ki, adsızdır. Ona görə həmin küçələrə Şəhidlərimizin adları verilməlidir”deyə, Ə. Məsimli sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Vergi cərimələrinin bir hissəsi YAŞAT Fonduna-KÖÇÜRÜLƏCƏK

Read Next

“3 min Şəhidin adının əbədiləşdirilməsi bizə çox maliyyə yükü gətirməz”-FƏZAİL AĞAMALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir