“Küçəyə atılan körpəni gördük, o, sağalmağa doğru gedir…” – DEPUTAT – FOTO – YENİLƏNİB

Dünən Bakının Lökbatan qəsəbəsində çöldə körpə uşağın tapılması barədə xəbər yayıldı. Bu gün deputat Sona xanım Əliyeva və mən körpənin yerləşdirildiyi Ana və Uşaq Sağlamlıq Mərkəsində olduq. Körpə adı qutuda paltarsız üstü natəmiz şəkildə tapılıb. Onun zəif aglamaq səsini təsadüfən oprdan keçən bir nəfər eşidib və pöolisə xəbər verib. Körpə mərkəzə çatdılan kimi çimizdirilib, tam müayinə edilib və süni yemək verilib. Körpəni gördük, o, sağalmağa doğru gedir. Ona qayğı göstərildiyinin şahidi olduq, onu müalicə edən həkim və tibb bacıları ilə söhbət etdik. Təlimat qadağan etdiyinə görə, onun şəklini çəkə bilmədik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

“Bizi qarşılayan və müşaiyət edən mərkəzin baş həkimi Səadət xanım körpənin patoloji probleminin olmadığını və tam sağalması üçün səy göstərildiyini dedi”-deyən millət vəkilinin sözlərinə görə, artıq neçənci dəfədir ki, Bakıda yeni doğulmuş körpə uşaqların atılması xəbəri yayılır.

“Görünür, bu məsələdə ciddi maariflənməyə ehtiyac vardır.

Bununla bağlı sosial çarxların göstərilməsi, telekanallarda müzakirə aparılması da yerində olardı.

Hətta, övladından imtina edən analar bunu sivil qaydada, onun həyatına təhlükə olmadan da edə bilməyin mümkünlüyünü bilməlidirlər.

İnanıram ki, həmin ana icra hakimiyyətinə, əmək və sosial müdafiə nazirliyinə müraciət etsəydi, mütləq ona kömək edilər, çıxış yolu göstərərdilər…”-deyə, o, sözlərinə əlavə edib.

***

“Dünən Bakının Qaradağ rayonunda tapılmış üçgünlük oğlan uşağını Ana və Uşaq Sağlamlıq Mərkəzində görməyə getməyimiz barədə yazmışdım. Bu gün feysbuk səhifəmdəki materiala bir qadın yazaraq onu ölvadlığa götürməyin yolunu soruşdu. Çox sevindim ki, körpənin ailəsinin olması ehtimalı yarandı”.

Bunu da A. Mirzəzadə deyib.

Daha doğrusu, o, bir az öncə bu barədə “Facebook” səhifəsində yazıb.

Etikxeber.az

 

Read Previous

“Kimlərinsə ərköyünlüyünə, cığallığına imkan verilməyəcək…” – TAHİR RZAYEV

Read Next

Qənirə Paşayeva da Milli Şuranı – QINADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir