Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə-MÜRACİƏT EDİLDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Etikxeber.az-a ndən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır:

“Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – məlumatda qeyd edilib.

Etikxeber.az

Read Previous

Şəhid ailələri və Qazilər mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan-AZAD EDİLDİ

Read Next

“Adı kimi Azərbaycanın Fəxri oldu…”-CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜNDƏ, 32 YAŞININ TAMAMINDA BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FƏXRİ QƏRİBZADƏNİN MƏZARI ZİYARƏT OLUNDU, ŞƏRƏFLİ ÖMÜR YOLUNDAN SÖZ AÇILDI – FOTO – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir