“Külək daş budkanı necə apara bilər?” – Hüquq müdafiəçisindən Abdullayevə sərt sözlər

“Külək daş budkanı necə apara bilər? Daşdan tikilmiş budka estakadanı uçurub,ya estakada budkanı aparıb?”  

Etikxeber.az-ın xəbərinə görə, bu haqda  Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədəki səhifəsində yazıb. Hüquq müdafiəçisi bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçurmasına münasibət bildirib:

“150 metrlik estakada niyə uçmalıdır? Küləkdən-bu yalan yeriməz! Bəlkə tikdiyiniz, pul sildiyiniz sahələrin keyfiyyətinə nəzər salasınız, Daşqın müəllim!”.

Qeyd edək ki, SOCAR-ın yaydığı məlumata görə,  estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Etikxeber.az

Read Previous

Xəzərdə itkin düşənlərin axtarışına FHN-in helikopteri cəlb olundu

Read Next

Prezident itkin düşmüş neftçilərlə bağlı təcili tapşırıq verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir