Külli miqdarda metadon və narkotik vasitə aşkar olundu

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, yoxlama zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin salonunda, ön panelin sağ hissəsində yerləşən barın içərisində bir ədəd bükümdə, xalis çəkisi 36,873 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunub.

Bundan başqa Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə 34 ədəd metadon adlı həb aşkar olunub.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 34 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,36 qram təşkil edir.

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Müəllimlər işə qəbul üzrə sınaq imtahanı verib

Read Next

Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri 2 aya yekunlaşacaq – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir