Kür çayında suyun səviyyəsi artıb – NAZİRLİK

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 240-260, Lənkəran-Astara bölgəsi çaylarında isə 160-420 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Etikxeber.az-a verdiyi məlumata görə, Martın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 208 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 260 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.

Martın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqəsində 2, Şirvanda 12, Salyanda 10, Bankədə 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2016-cı il martın 06-da 418 sm), Şirvanda 273 sm (2016-cı il martın 06-da 305 sm), Salyanda 246 sm (2016-cı il martın 06-da 268 sm), Bankədə 202 sm (2016-cı il martın 06-da 208 sm), Araz çayının Novruzlu məntəqəsində isə 134 sm (2016-cı il martın 06-da 135 sm) təşkil edir.

Etikxeber.az

Read Previous

Mehman Hüseynov konkret ittiham əsasında həbs edilib – ƏLİ HƏSƏNOV

Read Next

Mehman Hüseynova anası ilə görüşməyə icazə verilmədi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir