Kür çayının aşağı axınında suyun səviyyəsi artıb…

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, yanvarın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 163 kubmetr olmaqla ongünlük normanın 100 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil etməklə ongünlük normanın 91 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Şirvan məntəqələrində 2, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr artıb. Lakin Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 458, Şirvanda 347, Salyanda 317, Bankədə 263, Araz çayının Novruzlu məntəqəsində isə 188 santimetrə bərabərdir.

Etikxeber.az

Read Previous

BMT Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası keçirildi – FOTO

Read Next

Ukraynada iki türk tələbə qız qətlə yetirildi – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir