Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 180-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-130 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Etikxeber.az-a verdiyi məlumata görə, fevralın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 147 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 97 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 111 m3/s olmaqla ongünlük normanın 158 faizini təşkil edib.
Fevral 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda və Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 475 (2016-cı il fevral 13-də 434 sm), Şirvanda 325 (2016-cı il fevral 13-də 325 sm), Salyanda 315 (2016-cı il fevral 13-də 285 sm), Bankədə 245 (2016-cı il fevral 13-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 194 sm (2016-cı il fevral 13-də 167 sm) təşkil edir.
Etikxeber.az