Kürdəmirdəki 6 saylı məktəbin 5-ci A sinfinə-ŞƏHİD ADƏM ƏLİYEVİN ADI VERİLDİ… – FOTOLAR

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Adəm Əliyevin adına sinif verilib və bu gün, 7 iyun tarixində bununla bağlı tədbir keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, 2020-ci ilin sentyabr ayının 28-də Vətən yolunda qəhrəmancasına Şəhid olan Adəm Əliyevin adı Kürdəmirin Səyavuş Paşayev adına 6 saylı orta məktəbin rəhbərliyi və kollektivi tərəfindən əbədiləşdirilib.

Belə ki, məktəbin 5-ci A sinfi Şəhid Adəm Əliyevin adına verilib.

Və Adəm Əliyevin adının 5-ci A sinfinə verilməsi ilə bağlı məktəbdə Şəhid ailəsinin və digər Şəhid ailələrinin, o cümlədən, məktəblilərin, məktəb kollektivinin iştirakı ilə geniş tədbir keçirilib.

Tədbirdə Şəhidin anası Akifə Ağayeva və qardaşı Arif Əliyev, Şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, 3 övlad atası-Şəhid Nahid Mikayılovun həyat yoldaşı Jalə Mikayılova, Kürdəmirin tanınmış din xadimi Aqil Əliyev və digər şəsxlər iştirak ediblər.

Şəhidin ailəsi bu təşəbbüsünə və bu addımına görə, adıçəkilən məktəbin kollektivinə minnətdarlığını bildirib.

Tədbirdə məktəblilər tərəfindən Şəhidlərimizə, Vətənə aid şeirlər səsləndirilib.

Tədbirdə Şəhid Adəm Əliyev də daxil olmaqla, cəmi Şəhidlərin ruhlarına dualar oxunub.

Nur içində yatsın, nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

11 təşkilatdan Niyaz Niftiyevə görə Baş Prokurora-MÜRACİƏT

Read Next

Yoluxmada önəmli azalma-32 NƏFƏR VƏ DAHA 4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir