Kürdəmirin icra başçısı Nəsimiyə, Naftalanın icra başçısı Göygölə, Göygölün icra başısı Qaxa, Gədəbəyin icra başçısı Göyçaya, Göyçayın icra başçısı Balakənə göndərildi-KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU – YENİLƏNİB – (8)

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***

Prezidentin digər Sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***

Vüqar Vahid oğlu Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***

Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***

Orxan Çingiz oğlu Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***

Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, sabiq icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla həbs edilib.

***

Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, sabiq icra başçısı İslam Rzayev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla həbs edilib.

***

Prezidentin digər Sərəncamı ilə Natiq Ağayev Göyçayın İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

***

Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Etikxeber.az

Read Previous

Fuad Nəcəfli Baş nazirlə-ƏVƏZLƏNDİ – YENİLƏNİB

Read Next

Bərdə sakini Mehriban Əliyevadan kömək istədi: “HƏR İKİ ÖVLADIM XƏSTƏDİR, İMKANSIZ AİLƏYİK, BİZƏ DƏSTƏK OLUN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir