Kürdəmirin ilk Şəhidi, 3 medallı, anası tərəfindən təkbaşına böyüdülən-ADƏM ƏLİYEVİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (8)

Bu gün Kürdəmirin ilk İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki oğlan övladından biri, MAXE, anası tərəfindən təkbaşına böyüdülən, 3 medallı Adəm Əliyevin ad günüdür.

Bu gün Onun 21 yaşı tamam olur və bu, Adəm Əliyevin Cənnətdəki ikinci doğum günüdür.

Etikxeber.az xəbər ki, Adəm Əliyev 2000-ci ilin noyabrın 19-da Ağdamın Üçoğlan kəndində anadan olsa da, bir müddətdən sonra anası və qardaşı ilə Kürdəmirə köçüb, orada yaşayıblar.

Adəm İkinci Vətən Müharibəsinin ikinci günündə, Kəlbəcər-Murov istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına həlak olub və Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, sentyabrın 29-da Kürdəmir Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra Şəhidimiz 3 medalla- “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmçinin, Kürdəmirdə kirayə yaşadılqları evin yaxınlığında ailəsinin şəxsi vəsaiti hesabına adını daşıyan “Şəhid bulağı” tikilib.

Qeyd edək ki, anası Akifə Ağayeva və tək qardaşı Arif Əliyev hələ də Kürdəmirdə kirayədə yaşamaqdadırlar.

Fitri istedadı, yaradıcılıq qabiliyyəti ilə seçilən Adəm həm də subay olub.

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün Bakının “Mələk” şadlıq sarayında Şəhidlə bağlı təbdir keçiriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunacaq, çıxışlar, dini mahnılar, İlahilər, şeirlər ifa ediləcək.

Tədbirdə Şəhidin ailə üzvləri, Kürdəmir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları və digər şəxslər iştirak edəcəklər.

Tədbirdə Şəhidin adına ehsan süfrəsi açılacaq.

Mərasim təxminən 4 saata yaxın davam edəcək.

09:09

***

Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Kürdəmir, Mingəçevir, Bərdə və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, hərbçilər, Qazilər və digər şəxslər iştirak edirlər.

Mərasim iştirakçıları bir-bir Şəhidin anası və qardaşına yaxınlaşaraq, onlara başsağlığı verir, səbr diləyir, Adəm Əliyevin Haqq dünyasındakı, Cənnətdəki ad gününü təbrik edirlər.

Mərasim davam edir.

FOTOLAR:

ŞƏHİD ANALARI…CƏNNƏT ANALAR…

11:13

***

ŞƏHİD ANASI…ŞƏHİD EMİN İSMAYILOVUN ANASI…MƏLAHƏT ANA…QƏHRƏMAN ANA…

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…QARŞILARINDA BAŞ ƏYİLƏCƏK ANALAR, AİLƏLƏR…

11:34

***

TƏK QARDAŞINI VƏ TƏK ÖVLADINI ŞƏHİD VERMİŞ MƏĞRUR ANA-XANIMNAZ ANA VƏ İKİ OĞLUNDAN BİRİ ŞƏHİDLİK MƏQAMINA UCALMIŞ ƏCMƏGÜL ANA…

ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİMİZ…

11:50

***

ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLMƏSİ VƏ DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ…

ŞƏHİD ATALARI…QƏHRƏMAN ATALAR…

QƏHRƏMAN, DİK DURUŞLU ANALAR…

ŞƏHİD ANASI VƏ ŞƏHİD ATASI…

İGİDLƏRİMİZ…

İKİ ÖĞLUNU ŞƏHİD VERMİŞ İGİD, QƏHRƏMAN ATA…ELMAN ATA…

ÇIXIŞLAR…DƏRD VƏ QÜRUR ORTAQLARI…

12:27

***

ŞƏHİD XANIMI…3 ÖVLAD, İGİD ANASI,..

ŞƏHİD ANASI…AFƏT XANIM…

ŞƏHİD ÖVLADLARI…

ŞƏHİD AİLƏLƏRİ…

12:50

***

13:09

***

XUDAYARIMIZIN VƏ İZZƏTİMİZİN QƏHRƏMAN ANALARI…

ŞƏHİD ANALARI…QÜRURLU ANALAR…

VƏTƏN SEVDALILARIMIZ…

13:40

***

QARŞILARINDA BAŞ ƏYİLƏCƏK VƏ ƏYİLƏN AZƏRBAYCAN ANALARI…

14:02

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

XİN-dən Azərbaycanın təşəbbüsünü dəstəkləyən BMT üzvlərinə-TƏŞƏKKÜR

Read Next

Daha 2233 yeni yoluxma-DAHA 28 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir