Kürdəmirin Qəhrəmanlar ailəsinin Şəhid övladı-5 medallı Cəmil Həşimli: BU GÜN ŞƏHİDLİYİNİN, SABAH İSƏ TORPAĞA TAPŞIRILMASININ İKİNCİ İLİDİR…-FOTOLAR

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən, Nur üzlü Şəhidlərimizdən biri Cəmil Həşimli…

İkinci Qarabağ Savaşında Qəhrəmanlıq Dastanı yazan Vətən sevdalılarımızdan, İgidlərimizdən biri…

Ailənin 3 oğlan, 3 Qəhrəman övladından, iki hərbçi qardaşdan biri…

Cəmi 25 yaşında Şəhidlik zirvəsinə ucalan Cəmil Həşimli İkinci Vətən Müharibəsi zamanı 9 günlük şərəfli döyüş yolu keçib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Və oktyabrın 5-də, axşam saatlarında canından çox sevdiyi yolunda canını fəda edib…

Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Və nəşi bir gün sonra, 6 oktyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 5 medalla təltif olunub…

Və nəinki medal(lar)a, ali ordenlərimizdən birinə layiqdir İgidimiz, Qəhrəmanımız, Şəhidimiz…

Və Haqq etdiyini də almalıdır, Haqqı da verilməlidir!

***

Bu gün Cəmilin Şəhidliyindən iki il, sabah isə Əbədiyyətə uğurlanmasından iki il keçir…

Düz iki ildir Nur üzlü Şəhidimiz bizlərlə, ailəsi, anası və qardaşları ilə bir yerdə deyil…

Amma ruhu bizlərlə, onu minbir əzab-əziyyətlərlə, təkbaşına böyüdən-Qəhrəman oğlullar anası Simuzər xanımla, İkinci Qarabağ Savaşında döyüşlərdə və Əsgərlikdə olan iki qardaşı-Mərahim və Cavidlə birlikdədir…

Ruhu daim ailəsinin, ocağının üzərindədir…

Ruhu daim köməkləri olsun!

***

Bu gün səhər saatlarında bir daha məzarını ziyarət etdim, ruhu qarşısında bir daha ehtiramla baş əydim, bir daha dualar etdim…

Sonra ocağına gəldim, ailəsinə, anası və qardaşlarına bir daha başsaölığı verdim, bir daha onlara Allahdan səbr və dözüm dilədim, bir daha “Məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Ruhun şad olsun, Cəmilim!

Məzarında, Cənnətində rahat uyu-Nur üzlü balamız!

Nurlar içində yat!

Daim qəlbimizdəsən, daim qəlblərdəsən!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bayden Rusiya və Belarusa dollar satmağı-QADAĞAN ETDİ…

Read Next

“Milli Şəhərsalma Forumu ölkəmizdə illik əsasda keçiriləcək”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir