Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-17 noyabr 2024-cü il tarixində, günorta saatlarında daha bir Şəhid ailəsində gözəl gün yaşanıb.
Kürdəmirli, Atakişilili, dörd bacının tək qardaşı, İkinci Vətən Müharibəsi Şəhidi Əli Əvəz oğlu Məmmədovun bacısı Günay xanımla həmin rayondan olan Rahim bəyin toy mərasimi olub.
Toy mərasimi saat 14:00-da Kürdəmirdə yerləşən “Dan ulduzu” şadlıq sarayında baş tutub.
Öncə bəylə gəlin Şəhid Əli Məmmədovun uyuduğu Şahsevən kənd qəbiristanlığını, Şəhidlərimizin məzarlarını ziyarət və ruhlarına dualar ediblər.
Sonra bəylə gəlin alqış və “Vağzalı” sədaları altında “Dan ulduzu” şadlıq sarayına, toy mərasimi keçirilən zala daxil olublar.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himnimiz səsləndirilib.
Daha sonra təbriklər, çıxışlar başlayıb.
Bəylə gəlinin valideynlərinə, xüsusilə,Şəhid Əli Məmmədovun anası Nina xanıma və atası Əvəz Məmmədova gözaydınlığı verilib, eyni zamanda, səbəbkarlara, yeni cütlüyə xoşbəxtlik, bəxtəvərlik, səadət arzulanıb.
Bəylə gəlinin valideynləri də öz növbəsində başda Şəhid ailələri olmaqla, məclis iştirakçılarına, onların əziz günlərini və anlarını bölüşənlərə minnətdarlıqlarını ifadə ediblər.
Çıxışlardan sonra bir-birindən gözəl mahnılar, musiqilər səsləndirilib, rəqslər ifa edilib.
Ən çox sevinən, şadlanan isə təbii ki, Günay xanımın qardaşının-Şəhid Əli Məmmədovun ruhu olub.
Ruhu yeni cütlüyə, bacısı ilə onun Yarına daim kömək olsun!
Amin!
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az