Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha üç İkinci Vətən Müharibəsi Şəhidinin-Kürdəmirli Cəmil Həşimlinin, Qubalı Sadiq Azayevin və Yevlaxlı Təbriz Rəhimovun doğum günüdür.
Cəmil Həşimlinin 29, Təbriz Rəhimovun 34, Sadiq Azayevin isə 32 yaşı tamam olur.
Bu, həm də hər üç Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günləri ilə bağlı adları çəkilən Şəhidlərin Kürdəmir Şəhidlər Xiyabanında, Quba rayonunun Qonaqkənd qəsəbə qəbiristanlığında və Yevlaxın Gülöyşə kənd qəbiristanlığındakı məzarları ziyarət olunacaq, sonra adlarına ehsan süfrələri açılacaq.
Etikxeber.az-ın xəbərinə görə, Cəmil Həşimli 1995-ci ilin 11 avqust tarixində Kürdəmir rayonunda dünyaya gəlib…

Ailədə üç övlad, üç qardaş olublar…
Uşaqlıqdan onları anaları Simuzər Bağıyeva təkbaşına böyüdüb boya-başa çatdırıb…
Onlara-hər üç övladına həm analıq, həm də atalıq edib…
2001-2012-ci illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2013-cü ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
2015-ci ildə Əsgərliyini başa vurduqdan sonra ailəsinin yanına dönüb…
Bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunda Gizir kimi fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb…
Cəbrayıl-Füzuli istiqamətlərində döyüşüb və 9 günlük şərəfli döyüş yolu keçib…
2020-ci ilin oktyabrın 5-də, axşam saatlarında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, 6 oktyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 5 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Qeyd edək ki, Cəmilin ali təhsilli olan digər iki qardaşı-Mərahim Həşimli və Cavid Həşimli də İkinci Vətən Müharibəsində iştirak ediblər…
Azərbaycan Ordusunun hərbçisi olan Mərahim Həşimli qardaşı ilə təxminən eyni istiqamətlərdə döyüşüb, döyüşlərdə hətta ağır kəllə-beyin travması alıb…
Digər qardaşı Cavid Həşimli isə Azərbaycan Ordusunun Əsgəri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olub və Naxçıvanın keşyində dayanıb…
Cəmil həm də subay olub…
Qardaşı, bir övlad atası olan Mərahim Həşimli isə 2022-ci ilin dekabrında ailə həyatı qurub.
***


Təbriz Rəhim oğlu Rəhimov 1990-cı ilin avqust ayının 11-də Yevlax rayonunun Gülöyşə kəndində dünyaya gəlib…
Ailənin üç oğlan övladından biri, evin sonbeşiyi olub…
Ondan böyük olan hər iki qardaşı hazırda ailəli və övlad atalarıdır…
Rəhimovlar ailəsinin beş nəvəsi var…
Təbriz 1996-2007-ci illərdə Gülöyşə kənd orta məktəbində oxuduqdan, orta təhsilini bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb…
Əsgərliyini başa vurduqdan sonra isə evinə dönüb, müxtəlif illərdə Rusiyada, sonra Azərbaycanda, Bakı şəhərində müxtəlif sahələrdə çalışıb…
İkinci Vətən Müharibəsi zamanı isə könüllü şəkildə Hərbi Komissarlığa müraciət edib, Vətənin müdafiəsinə atılmaq istədiyini bildirib…
Və İkinci Vətən Müharibəsinin sonlarına yaxın, noyabr ayının əvvəllərində Orduya cəlb olunub, ancaq müharibə bölgəsinə göndərilməyib…
Müharibədən bitdikdən sonra iki aya yaxın təlimlərdə iştirak edib və 2021-ci ilin yanvarında Ordudan təxris olunub…
Ancaq Orduda qalmaq, hərbçi kimi fəaliyyət göstərmək istədiyini bildirib…
Yaşı uyğun gəlmədiyi üçün Orduya qəbul edilməyib…
Ancaq sonradan Dövlət Sərhəd Xidmətinə (DSX) müraciət edib, kursa yazılıb və kursu bitirdikdən sonra hərbçi kimi fəaliyyətə başlayıb 2021-ci ildən…
Xızı istiqamətində yerləşən “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…
Qısa müddətdə Baş çavuş rütbəsinə yüksəlib…
2022-ci ilin sentyabrında DSX-nın Baş çavşu kimi “Qisas” əməliyyatında iştirak edib…
Sentyabrın 12-dən 13-nə keçən gecə Zəngilan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra-sentyabrın 14-də Gülöyşə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordenil ilə təltif olunub…
Hazırda ailəsinin, valideynlərinin yaşadığı küçəyə Onun adı verilib…
32 yaşında Şəhidlik məqamına ucalan Təbriz Rəhimov da subay olub.
***
Sadiq Xubyar oğlu Azayev isə 1992-ci ilin 11 avqust tarixində Qubanın Qonaqkənd qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib…


Ailənin 4 övladından biri, 3 bacının tək qardaşı olub…
Atası Xubyar kişini illər öncə itirib…
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Hərbi xidmətini başa vurduqdan sonra ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb…
Ancaq o da sonradan həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunun Giziri kimi İkinci Vətən Müharibəsində iştirak edib…
Axırıncı dəfə ailəsi ilə oktyabrın 1-də danışıb və və elə həmin gün Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi iki gün sonra, oktyabrın 3-də Qonaqkənd qəsəbəsində torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 5 medalla təltif olunub…
Sadiq də digər iki Şəhidimiz kimi subay olub…
Hər üç Şəhidimizin məkanları cənnətlik, Cənnətdəki dördüncü doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





