Kürdə suyun səviyyəsi azalıb – NAZİRLİK

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 160-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-170 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Etikxeber.az-a verdiyi məlumata görə, martın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 221 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 233 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 99 faizinə bərabər olub.

Martın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 12, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Surrada 4, Bankədə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 390 sm (2016-cı il martın 13-də 416 sm), Şirvanda 247 sm (2016-cı il martın 13-də 297 sm), Salyanda 188 sm (2016-cı il martın 13-də 222 sm), Bankədə 179 sm (2016-cı il martın 13-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2016-cı il martın 13-də 130 sm) təşkil edir.

Etikxeber.az

Read Previous

Prezident Novruz Məmmədova “Şərəf” ordeni verdi

Read Next

Aprelin 11-də keçiriləcək hərraca 158 dövlət əmlakı çıxarılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir