Kürdə suyun səviyyəsi azalıb

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 180-210, Kiçik Qafqazın çaylarında 200-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-100 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Etikxeber.az-a verdiyi məlumata görə, fevralın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 114 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 151 m3/s olmaqla ongünlük normanın 91faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 52 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 71 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Fevralın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda və Bankədə 2, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 470 sm (2016-cı il fevralın 06-da 446 sm), Şirvanda 347 sm (2016-cı il fevralın 06-da 369 sm), Salyanda 311 sm (2016-cı il fevralın 06-da 320 sm), Bankədə 238 sm (2016-cı il fevralın 06-da 232 sm), Araz çayının Novruzlu məntəqəsində isə 191 sm (2016-cı il fevralın 06-da 195 sm) təşkil edir.

Etikxeber.az

Read Previous

Ağsu dolaylarında əsas yol bağlandı – FOTO

Read Next

İrandan gələn vətəndaşın daxili orqanında heroin aşkar edilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir