Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün, 5 iyul tarixində Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Həşimlinin Vətən, Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmasından 9 ay ötür.
Etikxeber.az xəbər verir ki, ailənin 3 övladından, 3 qardaşdan biri olan Cəmil Həşimli 2020-ci ilin oktyabrın 5-ində Füzuli-Əbdürrəhmanlı istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.
Nəşi Kürdəmirə gətirilərək, oktyabrın 6-sında Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
İgidliyinə, Qəhrəmanlığına görə, ölümündən sonra 4 medalla təltif olunub.
Qeyd edək ki, Şəhidimizin qardaşı-ali təhsilli Mərahim Həşimli də İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qazilərimizdəndir.
Həmçinin, Şəhidimizin kiçik qardaşı-ali təhsilli və idmançı Cavid Həşimli bügünlərdə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa vuraraq, evinə, ailəsinə dönüb.
Onu da qeyd edək ki, bu gün Kürdəmirin Şəhid ailələri Cəmil Həşimlinin ailəsini və məzarını ziyarət edəcəklər
Allah Şəhidimizin məkanını cənnətlik etsin, ailəsinə səbrlər versin!
00:00
***
Cəmil Həşimlinin Şəhidliyinin 9 ayının tamam olması ilə bağlı Şəhidin Kürdəmirdə yaşadığı evdə-ocaqda Şəhid ailələrinin görüş-ziyarəti başlayıb.
Görüş-ziyarətdə Mingəçevirdən olan Şəhid ailələri-Şəhid Əzəmi Hüseynovun bacısı Elnarə xanım, Şəhid Fuad Xankişiyevin anası Saqibət xanım və bacısı, Şəhid Tərxan Qurbanovun anası Elmira xanım və bacısı və Şəhid İlkin Ağakişiyevin anası Reyhanə xanım və bacısı iştirak edirlər.
Bununla yanaşı, görüş-ziyarətə Kürdəmir və digər bölgələrdən olan Şəhid ailələrindən qatılanlar olacaq.
Görüş-ziyarətdə hazırda başqa bir Şəhid ailəsi-Kürdəmirli Şəhid Adəm Əliyevin anası Akifə xanım və Şəhid qardaşı Arif Əliyev iştirak edirlər.
Bir azdan isə Şəhid Cəmil Həşimlinin məzarı, o cümlədən, Kürdəmir Şəhidlər Xiyabanında uyuyan Şəhidlərin məzarları ziyarət olunacaq.
11:00
***
Görüş-ziyarət davam edir.
Görüş-ziyarətdə həmçinin, Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şəhid Ziya Nurməmmədovun anası Elnarə xanım və atası Zabil bəy, Şəhid Feyruz Tarverdiyevin anası Məhbubə xanım, Şəhid Nurlan Eminovun anası Sevinc xanım, Şəhid Zahir Mehdiyevin həyat yoldaşı Süranə, Birinci Qarabağ Savaşının Şəhidləri- Şəhid Sərdar Əmiraslanovun bacısı Nailə xanım və Şəhid Yaşar Seyidovun bacısı Vəfa xanım iştirak edirlər.
12:00
***
Şəhid Cəmil Həşimlinin ailə üzvləri, yaxınları, Kürdəmirli və Mingəçevirli Şəhid anaları, Şəhid ailələri öncə Kürdəmirin 3 saylı tam orta məktəbində Cəmilin adını daşıyan “Şəhid bulağı”nı, sonra isə Kürdəmirin Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Şəhidlərin ruhlarına dualar oxunub, onların Azərbaycan xalqının baş tacı, müqəddəs and yeri olduqları bildirilib.
Qeyd edilib ki, bugünkü dincliyimizə, əmin-amanlığımıza, Qələbə və Zəfərimizə görə, Şəhidlərimizə borcluyuq.
Ziyarətdən sonra Şəhid anaları və Şəhid ailələri yenidən Şəhid Cəmil Məmmədlinin yaşadığı ocağa qayıdıblar.
13:50
***
Tanınmış din xadim Hacı Surxay başda olmaqla, daha iki Şəhid ailəsi Cəmil Həşimlinin evini-ailəsini ziyarət edib.
Ziyarətdə Bakıdan Şəhid Sübhan Abdurəhmanlının anası Mehriban xanım və atası Mahir bəy, Bərdədən (Bakıdan) Şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım iştirak ediblər.
Hacı Surxay və Şəhid ailələri Cəmil Həşimli də daxil olmaqla, cəmi Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, dözüm diləyiblər.
Beləliklə, 11:00-dan başlayan görüş-ziyarət 5 saatdan sonra başa çatıb.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az