Kürdəmirin və Üçoğlanın İkinci Qarabağ Şəhidi-ADƏM ƏLİYEV…UÇOĞLANDA ŞƏHİDİN ADINA KÜÇƏ VERİLMƏSİ, “ŞƏHİD BULAĞI”NIN TİKİLMƏSİ NƏZƏRDƏ TUTULUR… – FOTOLAR

Əslən Ağdamlı, Üçoğlanlı olan Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidi, 3 medallı Adəm Əliyevin adı, xatirəsi əbədiləşdiriləcək.

Bu haqda Etikxeber.az-a Şəhidin anası, əslən Kürdəmirli Akifə Ağayeva məlumat verib.

O, qeyd edib ki, Ağdam rayon İcra Hakimiyyəti Kürdəmirin, həm də Üçoğlanın İkinci Vətən Müharibəsi Şəhidi olan Adəm Əliyevin adını, xatirəsini əbədiləşdirmək fikrindədir.

Şəhid anasının sözlərinə görə, Üçoğlan kəndinin Birinci və İkinci Qarabağ Müharibəsində ümumilikdə 12-i Şəhidi olub ki, onlardan 11-i Birinci, biri-Adəm Əliyev isə İkinci Qarabağ Savaşı Şəhidi olub.

Odur ki, Üçoğlan kəndinin küçələrindən birinə Adəm Əliyevin adının verilməsi nəzərdə tutulur və gözlənilir.

Eyni zamanda, Şəhid ailəsinə Üçoğlanda Adəm Əliyevin adını daşıyan “Şəhid bulağı”nın tikilməsi niyyəti bildirilib:

“Şəhid anası olaraq bu təklifi də müsbət qarşılayaraq, amma eyni zamanda, bildirdim ki, öncə kənddəki uşaq bağçasına Adəmimin adı verilsin, sonra isə bağçanın həyətində “Şəhid bulağı” tikilsin. Təklifim, arzum müsbət qarşılandı. Həm də dedyildi ki, kəndin küçələrindən birinə Adəmimin adı veriləcək. Çox istərdim ki, bunlar gerçəkləşsin, reallaşsın, az da olsa, təsəlli tapım, tapaq”.

A. Ağayeva eyni zamanda bildirib ki, dünən,15 sentyabr tarixində Üçoğlanda kəndin Şəhidlərinin Xatirə-abidə kompleksini ziyarət etdikdən sonra 1993-cü il Şəhidi Əhməd Ənvər oğlu Allahverdiyevin ailəsində, evində olublar.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da Şəhid ailəsini və Şəhid ailələrini ziyarət edib, onlarla görüşüb, söhbətləşib və Şəhid Adəm Əliyevin adının, xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fikirlərini, təkliflərini bölüşüb, çatdırıb.

“Bir sözlə, dünənki ziyarətimiz, Şəhid ailəsində keçirilən görüş çox gözəl oldu, çox razı qaldıq hər birimiz”-deyə, A. Ağayeva sonra bildirib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Noyabrın 3-dən 4-nə keçən gecə yuxumda oğlumun Şəhid olduğunu gördüm…Elə həmin gün, yuxumda gördüyüm yerdə də Şəhid olub…”-28 GÜNDƏN SONRA NƏŞİ TORPAĞA TAPŞIRILAN ŞƏHİD ELMAZ ELMAR OĞLU HACIYEVİN ANASI ZİYAFƏT XANIM – FOTOLAR

Read Next

“İkinci Vətən Müharibəsində yaralanmış hərbi qulluqçulardan artıq 1750-nə əlillik verilib”-ANAR BAYRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir