Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi-ADƏM ƏLİYEVLƏ BAĞLI AĞDAMIN ÜÇOĞLAN KƏND ORTA MƏKTƏBİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ, ŞƏHİDİN QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN DANIŞILDI… – FOTOLAR -YENİLƏNİB – (1)

Bu gün, 22 may 2023-cü il tarixində, günorta saatlarında əslən Ağdamdan olan Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki oğlan övladından biri, anası tərəfindən təkbaşına böyüdülən MAXE, 3 medal və bir ordenli Adəm Əliyevlə bağlı Ağdam rayonunun Üçoğlan kənd tam orta məktəbində tədbir düzənlənib.

Etikxeber.az-ın xəbərinə görə, tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra məktəblilər tərəfindən şeirlər səsləndilib, kompozisiya nümayiş etdirilib.

Tədbirdə çıxışlar olunub, Şəhidlərin, o cümlədən Adəm Əliyevin keçdiyi qısa, lakin şərəfli ömür və hərb yolundan danışılıb.

Adəm Əliyev və cəmi Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu bildirib.

Onların-Şəhidlərin unudulmadığı və unududulmayacağı dilə gətirilib.

Eyni zamanda, Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin təşkilatçılarından və aparıcılarından olan jurnalist-şairə Raziyə Kamilqızı tərəfindən Şəhid Adəm Əliyevin anasına, o cümlədən Şəhid ailələrinə və bəzi tədbir iştirakçılarına diplomlar təqdim olunub.

Şəhidin anası Akifə Ağayeva da öz növbəsində tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.

Bununla yanaşı, Şəhidin Üçoğlan kəndindəki xatirə lövhəsi ziyarət edilib, ruhuna dualar olunub.

Tədbirdə Şəhidin anası, tək qardaşının həyat yoldaşı, Bakılı, Bərdəli və Kürdəmirli Şəhid ailələri, Qazilər, ziyalılar, müəllimlər, şagirdlər və digər şəxslər iştirak ediblər.

14:55

***

FOTOLAR:

20:45

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

“Bəzən deyirəm ki, kaş başqa cür, başqa xasiyyətli olaydı…Sonra da deyirəm ki, yox, Vüsal başqa cür ola bilməzdi, elə bu cür olmalıydı…”-AĞCABƏDİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU VÜSAL ŞÜKÜROVUN ANASI SEVİNC ŞÜKÜROVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir