Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi Elnur Abışovun Cənnətdəki ikinci doğum günündə adını daşıyan-“ŞƏHİD-EHSAN BULAĞI”NIN AÇILIŞI OLDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR

Elnur Şaiq oğlu Abışov…

Əslən Kürdəmirli, Qarasulu…

Ailənin 3 oğlan övladından biri…

1997-ci il, 1 sentyabr doğumlu…

Evin-ailənin ortancıl oğlu-övladı

Subay, MAXE…

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən biri…

5 oktyabr tarixində Suqovuşan istiqamətində-Vətən yolunda qəhrəmancasına həlak olan və nəşi 3 gün sonra, 8 oktyabrda Qarasu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanan Vətən sevalısı, Nur üzlü Şəhidimiz…

***

Bu gün Elnurun doğum günü idi…

Yubiley-25 yaşı tamam olurdu və Cənnətdəki ikinci ad günü, mövluduydu…

Öncə Qarasu kənd qəbiristanlığındakı məzarı ziyarət olundu…

Məzarı üzərinə gül dəstələri düzüldü, ruhuna dualar edildi…

Təxminən yarım saat çəkən ziyarətdən sonra Şəhidin yaşadığı evin qarşısında adını daşıyan “Şəhid-ehsan bulağı”nın açılışı oldu…

İzdihamlı açılış mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi, ruhuna bir daha dualar oxundu, çıxışlar olundu…

Kürdəmirli Şəhid valideynləri, Qazilər, Şəhidin döyüş yoldaşları çıxış etdilər və Elnur Abışovun İgidliyindən, Qəhrəmanlığından, qısa və şərəfli həyat və döyüş yolundan danışdılar…

Şəhidin ailəsinə,valideynlərinə-anası Təranə xanıma və atası Şaiq kişiyə Allahdan səbr və dözüm arzuladılar, Onsuz qeyd edilən Cənnətdəki ikinci doğum gününü təbrik etdilər…

Sonra Şəhidin valideynlərinin və Şəhid analarının iştirakı ilə “Şəhid-ehsan bulağı”nın üzərindən ağ örpək götürüldü və bulağın açılışı edildi…

Daha sonra isə Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim keçirildi, adına ehsan verildi…

Məqamı uca, məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, yubiley-25 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Laçının Sus kəndi-MN YENİ GÖRÜNTÜLƏR YAYDI – VİDEO

Read Next

“Bu, İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir…”-İTALİYA PREZİDENTİ – İLHAM ƏLİYEV MATTARELLA VƏ DRAQİ İLƏ GÖRÜŞDÜ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir