Kürdəmirli Şəhid Tural Eyyubovun valideynləri-PREZİDENTƏ MÜRACİƏT ETDİLƏR

Kürdəmir rayonunun Mollakənd kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Tural Yadulla oğlu Eyyubovun valideynləri-Gülnar Qədir qızı Eyyubova və Yaddulla Eyyub oğlu Eyyubov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova və Elm və təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayıblar.

Etikxeber.az müraciəti təqdim edir:

“Cənab Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, biz-Gülnar Eyyubova və Yadulla Eyyubov Kürdəmir rayonunun Mollakənd kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Leytenant Tural Eyyubovun valideynləriyik. Övladımız İkinci Vətən Müharibəsi zamanı şəfərli döyüş yolu keçərək qəhrəmancasına Şəhidlik məqamına ucalıb. Qələbə və Zəfər Şəhidlərimizdən biri kimi adını tarixə qızıl hərflərlə həkk etdirib.

Tural ali təhsilli və ailəli, bir övlad atası idi. Amma Tural Vətəni bizdən və tək balasından üstün tutdu və Vətən torpaqlarının, Qarabağımızın işğaldan, murdar erməni tapdağından azad olunması yolunda canını fəda etdi. Övlad itkisi, övlad acısı nə qədər çətin və dözülməz olsa da, övladımızla, Turalımızla Fəxr edir, Qürur duyuruq. Fəxr edir, Qürur duyuruq ki, Tural kimi İgid, Qərhəman, Vətənpərvər bir oğulun valideynləriyik.

Şəhidliyindən sonra övladımız Ali Baş Komandan kimi Sizin sərəncamlarınızla bir neçə medalla və bu ilin noyabr ayının 5-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bir valideyn kimi Sizə öz minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk. Eyni zamanda, övladımız da daxil olmaqla, cəmi Şəhid balalarımızın ruhları qarşısında baş əyirik!

Hörmətli İlham Heydəroğlu!

Müraciət etməkdə məqsədimiz övladımızın adının, xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır. Övladımız Bakı şəhərində, 240 saylı orta məktəbdə təhsil alıb. İstəyirik ki. həmin məktəb övladımızın ismi ilə adlandırılsın, həmin məktəbə Turalımızın adı verilsin. Bu, elə bilirik ki, övladımızın Haqqıdır.

Ona görə Sizdən xahiş edirik ki, bizim bu arzu və istəyimizin reallaşdırılmasına səlahiyyətləriniz çərçivəsində dəstəyinizi, köməkliyini əsirgəməyəsiniz. Müvafiq qurumlara, Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyinə bu məsələnin öz müsbət həllini tapması üçün müvafiq göstəriş və tapşırıqlarınızı versəniz. Bununla həm Şəhidimizin ruhu şad olar, rahatlıq tapar, həm də bir valideyn kimi bizə təskinlik, təsəli olar.

İnanırıq və əminik ki, belə də olacaq, 240 saylı məktəbə tezliklə övladımızın adı veriləcək, bu məsələ Sizin sayənizdə və digər aidiyyatı qurumların sayəsində öz müsbət həllini tapacaq.

Öncədən də Sizə öz dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Daha 36 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

“Azərbaycan Aİ rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınıb…”-İLHAM ƏLİYEVİN ALBANİYAYA SƏFƏRİ BAŞA ÇATDI – FOTOLAR – YENİLƏNİB – (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir