“Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm. Vallah, bu sözü düz-əməlli də deyə bilmirik, deyəndə də az qalır ağzımız əyilsin.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında millət vəkili Ağacan Abiyev bildirib.
O, qeyd edib ki, bu məsələ təhsildə xaos yaradır:
“Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər,desinlər? Bu, xaosdur, “şum”dur…Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az