Amerikalı alimdən xəbərdarlıq: Kütləvi işsizlik olacaq
2020-ci ildə dünyada kütləvi işsizlik olacaq.
Düzdür, müəyyən iş yerləri olacaq, amma 2020-ci ildən ən böyük problemimiz işsizlik olacaq.
Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında professor Daniel Susskind çıxışı zamanı deyib.
O, qeyd edib ki, bu problemin kökündə də elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır:
“Çünki texnologiyalar inkişaf etdikcə, işçi qüvvəsinə, əl əməyinə də ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür…”.
Onun sözlərinə görə, 2020-ci ildə və ondan sonra qarşı dayanan əsas məsələlərdən biri şəffaflıq olacaq:
“Bu istiqamətdə də ciddi düşünməyə ehtiyac var”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az