Kyellini 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq…

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın kapitanı Corco Kyellininin 10-15 gün yaşıl meydanlardan kənarda qalacağını bildirib. Buna səbəb C.Kyellininin çərşənbə günü İtaliya kuboku çərçivəsində “Atalanta” ilə keçirilən oyunda zədə almasıdır. Həmin oyun turinlilərin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Etikxeber.az  ANSA agentliyinə istinadla xəbər verir ki, Corco Kyellini “Parma” ilə doğma meydanda baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcək.

Onun bir həftə sonra “Sassuolo” ilə keçiriləcək görüşdə də iştirak ehtimalı azdır.

Xatırladaq ki, ötən bazar günü “Yuventus”un “Latsio”ya 2:1 hesabı ilə qalib gəldiyi görüşdə komandanın digər müdafiəçisi Leonardo Bonuççi də topuğundan zədə alıb. O da 1 ay oyunlarda iştirak edə bilməyəcək.

Yeddi il ard-arda İtaliya çempionu olan və “A seriyası”nın hazırkı çempionu “Yuventus” turnir cədvəlinə ikinci yerdə qərarlaşan “Napoli”ni 11 xal qabaqlamaqla başçılıq edir.

Etikxeber.az

Read Previous

Tehran-Bakı-Tehran aviareysi ləğv edilidi – SƏBƏBİ MƏLUM DEYİL

Read Next

Sosial şəbəkələrdə ekstremizmə görə inzibati həbs qərarı qəbul edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir