Kyoan Əliyevə məktub göndərdi

Koreya prezidentinin vəzifəsini müvəqqəti icra edən və baş nazir Hvan Kyoan Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Etikxeber.az-ın məlumatına görə, məktubda deyilir:

“Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək Koreya Respublikasının dövləti və xalqı adından Azərbaycan Respublikasının Prezidentinə və xalqına səmimi salamlarımı çatdırıram.

Diplomatik əlaqələrin qurulduğu 1992-ci ildən sonrakı dövrdə ölkələrimiz arasında bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq duyuram. Ölkələrimizin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri, xüsusən də Sizin 2007-ci ildəki səfəriniz nəticəsində əməkdaşlığımız yeni mərhələyə qədəm qoyub.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və mədəni mübadilənin daha da genişlənəcəyinə ümid edirəm. Ötən əsrin sonlarından başlayaraq dostluq əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyimiz qarşılıqlı səylərə əsaslanaraq, ikitərəfli və səmərəli əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsini arzulayıram.

Neft-kimya Kompleksinin tikintisi daxil olmaqla, enerji infrastrukturu, nəqliyyat və telekommunikasiya kimi müxtəlif sahələrdə ikitərəfli strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.

Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın dərinləşməsinə göstərdiyiniz daimi marağa və dəstəyə görə Zati-alinizə təşəkkürümü bildirmək və möhkəm cansağlığı, ölkənizə sonsuz tərəqqi arzu etmək istərdim”.

Etikxeber.az

Read Previous

“Bala hamıya baladı, Allahım” – XALQ ŞAİRİNDƏN KƏSKİN ETİRAZ…

Read Next

Prezidentlə Gül bir araya gəldi: Azərbaycan hər zaman bizim könlümüzdədir – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir