Lənkəran Dövlət Dram Teatrı İranda qastrol səfərində olacaq

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasına qastrol səfərinə gedəcək.

Etikxeber.az xəbər verir ki, teatrın kollektivi dekabrın 1-dən 7-dək İranın Rəşt şəhərində Bəhrəm Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcək.

İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində iki gəncin saf məhəbbətindən, kəşməkəşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur.

Tamaşada əsas rolları Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlar Əlibala Əsgərov, Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva, Miraslan Ağayev və başqaları ifa edirlər.

Etikxeber.az

Read Previous

Lətif Kərimovun anadan olmasının 110 illiyi qeyd ediləcək

Read Next

Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir