Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası yaşandı- 5 ölü, 4 yaralı – FACİƏ

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Etikxeber.az-ın APA-nın cənub bürosuna istinadən məlumatına görə, hadisə sentyabrın 10-da, saat 06.00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, VAZ-2106  və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və Təcili yardım briqadaları cəlb olunub.

Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub

Read Next

“Məlikməmməd və Ziba” adlı yeni komediya filmi çəkilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir