Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidi Əmrah Cəfərlinin Cənnətdəki üçüncü doğum günü: BU GÜN ONUN 26 YAŞI TAMAM OLUR…

Lənkəran rayonunun Şirinsu qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidi Əmrah Yusif oğlu Cəfərlinin ad günüdür.

Bu gün Əmrah Cəfərlinin 26 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Əmrah Cəfərli 1997-ci ilin yanvar ayının 22-də Lənkəranın Şirinsu qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından, 2 qardaşdan biri idi.

Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra fəhləliklə məşğul olub, ailəsinə kömək edib.

Bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

Döyüş yolu 19 gün çəkib.

Oktyabr ayının 15-də Xocavənd istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, 16 oktyabr tarixində Şirinsu qəsəbə qəbiristanlığında dəfn olunub.

Şəhidliyindən sonra  bir neçə medalla təltif edilib.

2021-ci ilin oktyabrın 16-da, Şəhidliyinin bir ilinin tamamında isə Şirinsu qəsəbəsində adını daşyan “Şəhid bulağı”nın açılışı olub.

Əmrah həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 26 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Tbilisidə Azərbaycan və Ermənistan liderlərinin planlaşdırılan görüşünə necə maneçilik törədildiyi Mirzoyana yaxşı məlumdur”-XİN

Read Next

Narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanıldı-KÜRDƏMİRDƏ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir