Lətifə Əliyeva, Nübar Novruzova, Mehriban Abdullayeva, Vaqif Əsədov… – SƏRƏNCAM

Ölkə prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

latifa

“Xalq artisti”

Əliyeva Lətifə Cahandar qızı

Novruzova Nübar Qulu qızı

“Əməkdar artist”

Abdullayeva Mehriban Abdulla qızı

Əsədov İlham Əsəd oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Şərifova Güşvər Fətulla qızı

“Əməkdar mədəniyyət işçisi”

Rəhimli Rafiq Səfər oğlu.

Prezident həmçinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Vaqif Firudin oğlu Əsədovu  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

Etikxeber.az

 

Read Previous

Prezident türkiyəli naziri və FIDE prezidentini qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“1990-1991-ci illərin qışı idi, Əliyevlə darısqal bir otaqda oturmuşduq…” – ELMİRA AXUNDOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir