“La Liqa” və “A Seriyası” – OYUNLAR – NƏTİCƏLƏR

İtaliya A Seriyasının beşinci turu çərçivəsində daha 7 qarşılaşma oynanılıb.

Etikxeber.az xəbər verir ki, turun mərkəzi görüşü paytaxt Romada keçirilib.

Çempionluq uğrunda mübarizədə favoritlərdən sayilan “Roma” komandası daha bir iddialı komanda – “Atalanta” ilə qarşılaşıb. Görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəliblər. Berqamo təmsilçisinin heyətində Duvan Sapata (71) və Marten De Roon (90) fərqləniblər.

Günün gözlənilməz hesabı “San Paolo” stadionunda qeydə alınıb. Çempionluğa iddialı “Napoli” öz meydanında “Kalyari” klubuna uduzub – 0:1.

Digər maraq doğuran görüş “Cüzeppe Meazza” stadionunda oynanılıb. Paytaxt təmsilçisi “Latsio” səfərdə cari mövsümdə dörd görüşün hamısında qalib gələn “İnter”in qonağı olub. Görüş “nerazduza”in minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0.

Xatırladaq ki, turun açılış görüşü sentyabrın 24-də sonuncu çempion “Yuventus” və “Breşiya” komandaları arasında oynanılıb. Matç “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Fiorentino” – “Sampdoriya” – 2:1,

“Genoa” – “Bolonya” – 0:0,

“Parma” – “Sassuolo” – 0:0,

“Verona” “Udineze” – 0:0,

SPAL – “Leççe” – 1:2.

Tura bu gün keçiriləcək “Torino” – “Milan” oyunu ilə yekun vurulacaq.

İspaniya çempionatının – La Liqanın da altıncı turunun növbəti oyunları keçirilib.

Çempionluğa iddialı “Real Madrid” doğma azarkeşlər önündə “Osasuna” klubunu qəbul edib. Görüş madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində “Real Madrid” klubu 14 xalla turnir cədvəlində liderliyə yüksəlib. “Osasuna” isə 7 xalla 12-ci yerdə qərarlaşıb.

Zinəddin Zidanın yetirmələrinin əzəli rəqibi “Barselona” isə 10 xalla 5-ci pillədədir.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Real Valladolid” – “Qranada” – 1:1,

“Real Betis” – “Levante” – 3:1,

“Leqanes” – “Atletik Bilbao” – 1:1,

“Malyorka” – “Atletiko Madrid” -0:2,

“Valensiya” – “Xetafe” – 3:3.

Qeyd edək ki, tura bu gün oynanılacaq üç qarşılaşma ilə yekun vurulacaq.

Etikxeber.az

Read Previous

“Turistlər məhz o ölkələrə, o məkanlara üz tuturlar ki…” – MİLLƏT VƏKİLİ

Read Next

“Minimum əmək haqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var” – EKSPERT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir