Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Artıq beşinci ildir ki, “Kömək edən əllər” aksiyası çərçivəsində “Laboratory of Art” platformasında bir araya gəlmiş vətənpərvər və xeyirxah insanların dəstəyi ilə müqəddəs bayramlarımız olan Ramazan və Qurban bayramları münasibətilə Şəhid ailələri ziyarət olunur, onlara bayram sovqatları təqdim edilir.
Bu dəfəki ziyarət də Vətənpərvər ziyalılar – Fərid Nəsibzadə, Araz Məmmədov və Anar Namazovun təşəbbüsü ilə həyata keçirilib.
İlk ünvan Jurnalistlər Binası-2-də yaşayan Bakılı və Səbailli İkinci Vətən Müharibəsi Şəhidi Yusif Ramiq oğlu Budaqovun tək-tənha anası Lətafət Budaqova olub.
Ziyarətçilər tərəfindən evin və ailənin yeganə, subay övladı olan, atasını Şəhidlik zirvəsinə ucalmazdan bir il əvvəl itirən Yusif Budaqovun anasına “Şəhidimizin məqamı Uca və Ali olsun!” – deyə, bildirilib.
Şəhidin anası ilə söhbətləşilib, onunla həmhal olunub.
Həmçinin, Qurban bayramı münasibətilə Lətafət xanım təbrik edilib, birlikdə xatirə fotoları çəkdirilib və ona bayram sovqatı təqdim olunub.
İkinci ziyarət isə Şəhid ailələri və Qazilər binasında yaşayan Şəhid Əli Turan oğlu Məmmədzadənin ocağı olub.
Qeyd edək ki, Əli Məmmədzadə 2002-ci ilin fevralın 15-də Bərdənin Mirzalıbəyli kəndində-sadə bir ailədə həyata göz açıb.
Ailənin iki oğlan övladından, biri olub.
5-ci sinfə qədər Bərdədə təhsil alıb, sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.
Ziğ qəsəbəsindəki 63 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib.
O, həm də idmanla məşğul olub.
İkinci Vətən Müharibəsindən bir müddət öncə isə hərbi xidmətə çağırılıb və müharibədə də Əsgər kimi iştirak edib.
Döyüş yolu uzun olan Əli Məmmədzadə 2020-ci ilin sentyabrın 27-dən noyabrın 7-nə, İkinci Vətən Müharibəsinin başa çatmasına 3 gün qalmışacan döyüşlərdə iştirak edib.
Noyabrın 7-də Şuşa uğrunda döyüşlərdə ağır yaralınıb və cəmi bir neçə gündən sonra Şəhidlik məqamına ucalıb.
Nəşi noyabrın 20-də Mirzalıbəyli kənd qəbiristanlığında dəfn edilib.
Əli Məmmədzadə Mizalıbəyli kəndinin 4 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Şəhidliyindən sonra 8 medal və ordenlə təltif olunub.
Ziyarət zamanı Şəhidin anası Xuraman xanım, atası Turan Məmmədovla söhbət edilib, dərdləşilib.
Sonda xatirə fotoları çəkdirilib, Şəhidin ailəsinə bayram sovqatı təqdim olunub.
FOTOLAR:






Etikxeber.az