Laçın istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın axtarışı davam edir-MN

Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

“Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək”-deyə, MN-dən bildirilib.

Etikxeber.az

Read Previous

Cənnətdəki ikinci ad günündə, 32 yaşının tamamında-ŞƏHİD ASƏF ƏSGƏROVUN MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Rusiya-Ukrayna danışıqlarının iştirakçısı-KİYEVDƏ GÜLLƏLƏNDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir