Laçın şəhərinə növbəti köç karvanı-YOLA SALINDI

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Etikxeber.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı iyulun 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə – 60 nəfər köçürülüb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Etikxeber.az

Read Previous

“Bu məclisi kimsənin köməyi, dəstəyi olmadan təşkil etmişik…”-NƏZİMƏ ORUCOVA – İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN TƏK VƏ SUBAY OĞLU, GİZİR CEYHUN ORUCOVUN VALİDEYNLƏRİ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİN İŞTİRAKI İLƏ ŞƏHİDLƏRƏ HƏSR OLUNMUŞ MƏCLİS-EHSAN SÜFRƏSİ TƏŞKİL ETDİLƏR… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Əslən Qərbi Azərbaycanlı, ailənin üç övladından, iki qardaşdan biri, subay, cəmi 21 yaşlı Birinci Qarabağ Savaşı Şəhidi Tofiq Nəbi oğlu Ruşanov-ŞƏHİDİN AİLƏSİNİN MƏNZİL HAQQI 18 İLDİR NİYƏ TANINMIR? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir