Laçın uğrunda döyüşlərdə Şəhid olan ailənin 3 övladından biri, 5 medallı Taleh Yusifovun-ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL KEÇDİ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün, 27 noyabr tarixi İkinci Vətən Müharibəsi Şəhidi Taleh Gündüz oğlu Yusifovun Anım Günüdür.

Bu gün Onun Samux rayonunun Ziyadlı kənd qəbiristanlığında torpağa tapşırılmasından bir il keçir.

Etikxeber.az xəbər verir ki, Taleh Yusifov 1994-cü ilin noyanrın 18-də Samux rayonunun Ziyadlı kəndində sadə bir ailədə anadan olub.

Ailədə 3 uşaq olublar…

Taleh evin kiçik övladı olub…

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərə atılıb…

Döyüş yolu da uzun və şərəfli olub…

Murov, Füzuli, Zəngilan, Cəbrayılı, Qubadlı və Laçın istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

Ailəsi ilə də axırıncı dəfə noyabrın 3-də danışıb…

Ondan sonra Talehdən xəbər almaq mümkün olmayıb…

Taleh Lacın uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Şəhidliyi noyabrın 26-da təsdiqlənib və nəşi ailəsinə təhvil verilib…

Və bir gün sonra, noyanrın 27-də doğulub boya-başa çatdığı Ziyadlı kəndində dəfn olunub, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də qanı, canı bahasına qazanıb…

Taleh həm də subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdə Şəhidin ailə üzvləri, kənd sakinləri, digər bölgələrdən olan Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra Şəhidin yaşadığı evdə anım mərasimi keçiriləcək.

Məqamı Uca, məkanı cənnətlik olsun, məzarı Nurla dolsun!

Allah ailəsinə, əzizlərinə səbr versin!

08:40

***

Bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Bir saatdan çox çəkən ziyarətdə Şəhidin ailə üzvləri, kənd sakinləri, Samuxdan olan Şəhid ailələri, hərbçilər, Qazilər, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Ziyarətdə Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məktəblilər tərəfindən Şəhidə, Vətənə, cəmi Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Ziyatətdən sonra Şəhidin yaşadığı evdə anım mərasimi keçirilib, adına ehsan verilib.

Mərasimdə Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan, İgidliyindən, Qəhrəmanlığından bəhs olunub.

Mərasim iştirakçıları Şəhidin valideynlərinə bir daha başsağlığı verib, bir daha onlara Allahdan səbr diləyiblər.

Şəhidin anası, ailə üzvləri də belə bir gündə onlara dəstək olduqları, onları tək buraxmadıqları üçün mərasim iştirakçılarına, Şəhid ailələrinə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə məktəblilər tərəfindən şeirlər şəsləndirilib, o cümlədən, İlahilər, Şəhidlərə aid mahnılar ifa olunub.

Anım mərasimi 4 saata yaxın çəkib.

15:42

***

FOTOLAR:

NUR ÜZLÜ TALEHİMİZ…İGİDİMİZ, QƏHRƏMANIMIZ…

ANIM MƏRASİMİ…

ŞƏHİD ATASI, ŞƏHİD YAXINLARI…

ŞƏHİD ANALARI, ŞƏHİD ANALAR, QƏHRƏMAN ANALAR…

NUR ÜZLÜMÜZ, VƏTƏN SEVDALIMIZ…

***

ŞƏHİD ATASI VƏ ŞƏHİD ƏMİSİ…

DƏRD VƏ QÜRUR ORTAQLARI…

RUHUN QARŞISINDA BAŞ ƏYİRƏM TALEH BALAMIZ…

15:44

***

ŞƏHİDİMİZİN ANASI VƏ BACISI…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1617 yeni yoluxma-DAHA 22 ÖLÜM…

Read Next

Nəşi 56 gündən sonra tapılan, evin tək və subay oğlu, ali təhsilli, 25 yaşında Şəhid olan İLKİN AĞAKİŞİYEVİN ANIM GÜNÜ-MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir