Laçına da, Zabuxa da, Susa da qayıdacağıq…Bizim olan bizimdir, bizim olan da bizim olacaq!-JALƏ ƏLİYEVA YAZDI

“…Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq…”

Bu fikirlər Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, Azərbaycan Xalqının Xilaskar oğlu, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Bu sözləri dövlət başçımız bir neçə gün öncə Azərbaycan Televiziyasına növbəti və son dərəcədə tarixi müsahibəsində dilə gətirdi.

Müsahibəsində bir çox mətləblərə münasibət bildirən Ali Baş Komandanımız Ermənistanın, fitnəkar ermənilərin son təxribatlarına, o cümlədən, onlar tərəfindən qanunsuz məskunlaşma siyasətinin davam etdirilməsinə toxunaraq, öz növbəti xəbərdarlığını etdi, sərt mesajlarını verdi.

Müsahibəsində “…Biz bu yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət etdik və dedik ki, – çünki mən təxmin edirdim ki, onların necə deyərlər belə hoqqabazlığı olacaq, -təklif etmişdik ki, gəlin biz də sizin ərazidə yol tikək. Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna başlamaq demək mümkün deyil, çünki elə ancaq texniki-iqtisadi əsaslandırmasını bunlar indi işləyirlər. O vaxt ki, biz artıq rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərdik. Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni, bu, faktiki olaraq manipulasiyadır”-deyən dövlət başçımız bəyan etdi ki, bu, tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır.

Sözlərinə davam edən Ali Baş Komandan “Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq”– deyərək, bir daha xəbərdarlıq etdi ki, bütün hallarda Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır.

Bu, təbiidir, bu, bizim haqlı tələbimizdir.

Çünki onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir.

Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir.

“Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır”-deyə, Qalib Sərkərdə müsahibəsində daha sonra bəyan etdi.

Bəli, son günlər baş verənlər, Laçın rayonunun Zabux və Sus kəndlərində qeyri-qanuni olaraq məskunlaşdırılmış ermənilərin yaşadıqları yeri tərk edərkən evləri yandırmaları, ərazinin ekosisteminə zərər vurmaları məkrli və fintəkar qonşularımızın nə qədər barbar, vandal olduqlarının növbəti nümayişidir.

Onlardan yaxşı heç nə, insanlıq gözləməyinə dəyməz.

Öz dağıdıcı, barbar mahiyyətlərinə uyğun davranırlar.

Ümumiyyətlə, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində-dəfələrlə ermənilərin vandallığına, barbarlığına məruz qalıb.

Bütün bunlara baxmayaraq, Azərbaycan həm 44 günlük İkinci Vətən Müharibəsində, həm də postmüharibə dövründə sülhpərvər, humanist mövqe nümayiş etdirib.

Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşaya bilərlər, lakin onların nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə yaşayacaqlar.

Bəli, bir daha gur səslə bəyan edir və bildiririk ki, Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayan ermənilər oraya qanunsuz olaraq yerləşdiriliblər.

Bu, qeyri-qanuni məskunlaşmadır və beynəlxalq hüquqa tamamilə ziddir.

Vaxtilə burada yaşayan minlərlə azərbaycanlı öz doğma ata-baba yurdundan didərgin düşüb. Onların doğma yurdlarına geri qayıtmaları beynəlxalq hüquq və eləcə də haqq-ədalətin bərpası baxımından olduqca önəmlidir.

Ermənilər Ağdamı, Kəlbəcəri, Laçını tərk edərkən törədikləri vəhşilikləri indi də Laçın şəhərində, Zabux və Sus kəndlərində edirlər.

Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar dünyanın gözünü bağlasa da, qulaqlar kar, gözlər kor olsa da, reallığı inkar etmək mümkün deyil.

Azərbaycanlılarla ermənilər arasındakı fərq göz qabağındadır, bunun sübuta belə ehtiyacı yoxdur.

Bəli, biz Laçına da, Zabuxa da, Susa da qayıdacağıq.

Orada bir dənə də olsun erməni qalmamalıdır və qalmayacaq.

İşğala kimi orada ermənilər yaşamayıblarsa, işğal aradan qaldırıldıqdan sonra da orada ermənilər ola, yaşaya və qala bilməz.

Laçın da, Zabux da, Sus da öz əbədi-əzəli sakinlərini, bu torpaqların qanunu sahibləri olan insanları, azərbaycanlıları, Laçınlıları həsrətlə və səbrsizlikıə gözləyir.

Biz qayıtmışıq, biz qayıdırıq, biz qayıdacağıq!

Bizim qarşımızı kimsə kəsə, kimsə bizi öz yolunmuzdan döndərə, kimsə bizi dayandıra bilməz və bilməyəcək.

Bizik Laçınlı, bizik Zabuxlu, bizik Suslu, bizik Qarabağlı!

Bizim olan bizimdir, bizim olan da bizim olacaq!

Bunu hər kəs belə bilsin!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

Etikxeber.az

Read Previous

Ukrayna ordusu işğalçı Rusiyaya məxsus 2 ədəd S-300 kompleksini-MƏHV ETDİ

Read Next

Daha 144 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir