Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir: Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək-PEŞƏKARLIQLA YERİNƏ YETİRİB – FOTO-VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən xəbərə görə, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Etikxeber.az

Read Previous

“Hər iki övladını Şəhid vermiş Şəhid valideynləri olaraq istərdik ki, övladlarımızdan birinə Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı, birinə isə “Zəfər” və ya “Qarabağ” ordeni verilsin”-ŞƏHİD QARDAŞLAR – TURAL VƏ MUSA HƏSƏNOVLARIN VALİDEYNLƏRİNDƏN ALİ BAŞ KOMANDANA MÜRACİƏT

Read Next

Vaksin olunmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir