Laçında iki hərbi qulluqçumuz yol qəzasında dünyasını dəyişib-DSX

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

Etikxeber.az-ın xəbərinə görə, APA-nın sorğusuna cavab olaraq DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

Etikxeber.az

Read Previous

Kirayədə və yataqxanada yaşayan Şəhid ailələrinə-Əli Rzayevin, Pərvin Həmidovun və Əzəmi Hüseynovun ailələrinə əl uzadan-ONLARIN MƏNZİL PROBLEMLƏRİNİ HƏLL EDƏN OLACAQMI? – FOTOLAR

Read Next

AVRO-2020: Türkiyə-Uels-0:2 – ƏLİYEVLƏ ƏRDOĞAN TÜRKİYƏ-UELS QARŞILAŞMASINI BİRGƏ İZLƏDİLƏR – YENİLƏNİB – (6) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir