Laksalt “Torino”da, Elyunussi “Seltik”də…

Şotlandiyanın “Seltik” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Etikxeber.az xəbər verir ki, sözügedən klub İngiltərə Premyer Liqa təmsilçisi “Sauthempton”dan Məhəmməd Elyunussini icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İcarə müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Mərakeşdə anadan olan, amma Norveç yığmasını seçən Elyunussi, “Sarpsborq”un yetirməsidi. O, “Molde” və “Bazel” klublarının da şərəfini qoruyub. 25 yaşlı hücumçu “Sauthempton”da 2018-ci ildən çıxış edirdi.

Həmçinin, İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

A Seriyası təmsilçisi digər elita klubu “Milan”dan Dieqo Laksaltı icarəyə götürüb.

08_Rmx1deW

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvaylı müdafiəçi satınalma şərti ilə 1 illik icarəyə götürülüb. Mövsümün sonunda Laksaltın transfer hüququnu almaq Turin klubuna 11,5 milyon avroya başa gələcək.

Uruqvay millisinin də üzvü olan Dieqo, “Defensor Sportinq”in yetirməsidi. O, 2013-cü ildə bu klubdan İtaliya təmsilçisi “İnter”ə transfer olunsa da, bu Milan klubunda heç bir rəsmi oyuna çıxmayıb.

Həmin dövrdən etibarən “Bolonya”, “Empoli” və “Cenoa” kimi klublara icarəyə verilən sol cinah oyunçusu 2016-da “İnter”dən ayrılıb. 2016-2018-ci illər aralığında “Cenoa”da çıxış edən Laksalt, “Milan”a ötən il transfer olunmuşdu.

Etikxeber.az

Read Previous

Azərbaycanda Məhərrəm ayı başlayıb – SENTYABRIN 10-U AŞURADIR

Read Next

“Mançester Siti”, “Liverpul”, “Levante”, “Atletik Bilbao” sevincli…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir