Lalə Şövkət əməliyyat-OLUNDU…-YENİLƏNİB

Azərbaycan Liberal Partiyasının (ALP) lideri, eks dövlət katibi, professor Lalə Şövkət sabah əməliyyat olunacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

S. Şövkətin sözlərinə görə, hazırda anasının vəziyyəti normaldır, xəstəxanada həkim nəzarətindədir:

“Uzun illərdir, Lalə xanımın yoğun bağırsağında şiş var. Sadəcə, hər il şiş temperaturunun qalxmasına səbəb olurdu, müalicə edilirdi. Bu il də 4 ay həmin şiş Lalə xanımın temperaturunun qalxmasına səbəb oldu. Həkimlər və cərrahlar şişin mütləq əməliyyatla götürülməli olduğunu məsləhət gördülər. Lalə xanım sabah özəl klinikalardan birində əməliyyat olunacaq”.

Qeyd edək ki, L. Şövkətin səhhəti və əməliyyat olunacağı ilə bağlı ALP sədri Əvəz Temirxan dünən sosial şəbəkə hesabındakı paylaşımında bildirmişdi.

O, bunları qeyd etmişdi:

“Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb. O, ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir. Biz, Liberal Partiyanın üzvləri Azərbaycan siyasətində dürüstlük və mərdlik simvoluna çevrilən Lalə Şövkət xanıma şəfa diləyirik. Biz hamımız bu günlərdə Allaha dua edirik ki, bu çətin sınaqdan uğurla keçsin. Biz, Liberal Partiyanın üzvləri Lalə Şövkət xanıma ancaq lider kimi yox, həm Ana kimi baxırıq, ona görə sevgimiz və bağlılığımız çox güclüdür. Allah onu bizə bağışlasın!”

11:30, 21 avqust

***

Lalə Şövkət bu gün, avqustun 22-də cərrahiyyə əməliyyatı olunub, əməliyyat uğurlu keçib.

Bu barədə yenə Lalə Şövkətin oğlu Sidqi Şövkət mətbuata açıqlamasında bildirib.

S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət reanimasiyadadır: “Vəziyyəti protokola uyğundur”. 

Qeyd edək ki, Lalə Şövkət yoğun bağırsağında olan şişdən əziyyət çəkirdi. 

Etikxeber.az

Read Previous

“Heç kimin haqqı, ixtiyarı yoxdur ki, karantin qaydalarına əməl edilməsi məsələsində özünü əlahiddə aparsın…”-MİLLƏT VƏKİLİ

Read Next

“Bu, dövlətə qarşı narazılıq yaratmaq məqsədiylə edilmiş təxribat deyilsə, onda harınlıqdan qaynaqlanır…”-SAHİB ALIYEV RAMİZ MEHDİYEVİ TƏNQİD ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir