“Lapşin 3 ölkənin vətəndaşı olsa da, Ermənistan dövləti öz siyasətini onun ətrafında qurmağa çalışır” – DEPUTAT

“Aleksandr Lapşin 3 ölkənin vətəndaşı olsa da, Ermənistan dövləti öz siyasətini bu şəxs ətrafında qurmağa çalışır. Sual olunur, nəyə görə Lapşinin həbsi Ermənistanı bu dərəcədə narahat edir? Bəlkə Lapşin 3 yox, 4 ölkənin vətəndaşıdır?”

Etikxeber.az xəbər  verir ki, bunu YAP-çı deputat Aydın Mirzəzadə Milli Məclisdəki müzakirələrdə  deyib.

O, qeyd edib ki, İrəvanın bloggeri müdafiə etməsi səbəbsiz deyil: “Lapşinin ərazilərimizə qeyri-qanuni səfərlərindən sonra yazdıqlarında Ermənistanın kəşfiyyat orqanlarının dəst-xətti hiss olunurdu”.

A.Mirzəzadə deyib ki, Bakı A.Lapşinlə bağlı güzəştə getməyəcək, o, Azərbaycan məhkəməsi qarşısında cavab verəcək.

Deputat Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına cəhd göstərənlərdən də bəhs edib:

“Azərbaycan dövləti yarandıqdan bir gün sonra onun tarixi ərazisi olan İrəvan şəhəri 100 illiyə ermənilərə icarəyə verildi”.

Etikxeber.az

Read Previous

Qobunun “dərdi” Milli Məclisi də dilə gətirdi…Qənirə Paşayeva da Qobudan danışdı…

Read Next

Rəcəbli Əliyevanı öz komitəsinə gətirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir