Latviyalı deputat mandatından imtina etdi-UKRAYNADA RUSİYAYA QARŞI DÖYÜŞMƏK ÜÇÜN

Ümumi qələbəmizə töhfə vermək üçün mümkün olan hər şeyi etmək bizim borcumuzdur.

Etikxeber.az-ın “Ukrinform”a istinadən xəbərinə görə, bunu Latviya Seyminin Hüquq komissiyasının rəhbəri, Mühafizəkarlar fraksiyasının lideri, deputat Yuris Yuraş bəyan edib.

O, Ukraynada könüllü döyüşmək üçün mandatından imtina etdiyini açıqlayıb.

“Biz deyirik ki, Ukrayna indi təkcə öz azadlığı üçün deyil, həm də bizim azadlığımız üçün, xüsusən də Latviya və Avropa İttifaqı üçün mübarizə aparır. Hesab edirəm ki, ümumi qələbəmizə töhfə vermək üçün mümkün olan hər şeyi etmək bizim borcumuzdur”-deyən Yuraş ərizəsini artıq təqdim edib.

Etikxeber.az

Read Previous

Mişel Əliyevlə nələri-MÜZAKİRƏ ETDİ?

Read Next

İkinci Vətən Müharibəsinin iştirakçısı, iki medallı, Qazilik Haqqı tanınmayan bir övlad atası-FİRUDİN NƏCƏFOVUN AİLƏSİ HƏR AN ÇÖLƏ ATILA BİLƏR…GƏNC AİLƏ İMKANSIZLIQDAN ÇARƏSİZ, ƏLACSIZ DURUMDADIR…SƏLAHİYYƏT SAHİBLƏRİ NƏHAYƏT, GƏNC AİLƏYƏ DƏSTƏK OLACAQMI, ƏL UZADACAQMI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir