“Diplomatik həllə hazırıq, amma təslim olmayacağıq…”-Ukrayna XİN başçısı – LAVROV-KULEBA GÖRÜŞÜ NƏTİCƏSİZ BAŞA ÇATDI – YENİLƏNİB – (6)

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba arasında görüş keçirilir.

Etikxeber.az TRT Haber-ə istinadən xəbər verir ki, görüşdə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da iştirak edir.

Bu, Rusiya və Ukrayna XİN rəhbərlərinin müharibədən sonra ilk təmasıdır.

Qeyd edək ki, görüş təxminən yarım saat öncə başlayıb və davam edir.

12:55

***

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba arasında görüş başa çatıb.

Bir saat yarımdan çox davam edən görüşün sonunda mətbuat konfransı keçirilir.

Hər iki Xarici İşlər naziri ayrı-ayrı zallarda jurnalistlərin suallarını cavablandırır.

13:59

***

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov təxliyə məsələsində öhdəlik götürmədi”.

Bunu Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib.

O, görüşdə 24 saatlıq atəşkəs məsələsinin müzakirə olunduğunu vurğulayıb.

Danışıqların ağır keçdiyini qeyd edən Ukrayna XİN başçısının sözlərinə görə, atəşkəslə bağlı razılıq əldə olunmayıb.

***

“Biz bütün məsələlərin həllinə dair danışıqlara hazırıq”.

Bunu isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

 Rusiya XİN başçısının sözlərinə görə, Ukrayna tərəfi onların təkliflərini alıb, bunun üzərində çalışıb bir nəticə deyəcəklər.

O, qeyd edib ki, Belarus ərazisi danışıqlar üçün alternativsizdir.

Lavrov görüşdə humanitar məsələlərin müzakirə edildiyini bildirib.

14:17

***

Lavrov eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin bir araya gəlməsinin istisna olunmadığını da bildirib:

“Putin Zelenski ilə görüşməkdən qaçmır. Biz belə bir görüşə qarşı deyilik. Bu görüş ehtiyac yarananda baş tuta bilər”-deyə, o, əlavə edib.

14:22

***

“Müharibəni dayandırmalıyıq”.

Bunu da Dmitri Kuleba deyib

O, sonra “Bizə hücum edən ölkə və dövlət bunu istəmirsə, müharibəni dayandırmayacağıq. Mənim təəssüratım odur ki Rusiya atəşkəs istəmir. Onlar Ukraynanın təslim olmağını istəyirlər. Ukrayna güclüdür, biz onların planlarını alt-üst etdik. Biz balanslı şəkildə diplomatik həllə hazırıq, amma təslim olmayacağıq” -deyə, Kuleba qeyd edib.

14:30

***

“Biz məsələni diplomatiya yolu ilə həll etmək istəyirdik”-deyən Lavrov öz növbəsində ABŞ-a təhlükəsizliklə bağlı təkliflər verdiklərini xatırladıb:

“Onlar bizə dedilər ki, Ukrayna bizimdir, nə istəsək onu da edəcəyik”.

Lavrov qeyd edib ki, Rusiya silahsızlaşdırılmış bir Ukrayna istəyir:

“Biz silahsızlaşdırılmış Ukrayna, dost Ukrayna, rus dilini və mədəniyyətini qadağan etməyən Ukrayna istəyirik”.

XİN başçısı vurğulayıb ki, Qərbin tək istəyi isə Ukraynanı Rusiyaya qarşı qoymaqdır.

14:55

***

Lavrov həmçinin nüvə müharibəsinin baş verəcəyinə inanmaq istəmədiyini və inanmadığını bildirib

Qeyd edib ki, bu mövzunu Qərb, xüsusən də NATO ölkələrinin nümayəndələri qaldırır.

“Qərbin bu mövzuya tez-tez dönməsi çox narahatedicidir”– deyə, Lavrov vurğulayıb.

Etikxeber.az

Read Previous

Kür çayının qurumasının qarşısını almaq üçün görüləcək tədbirlər-AÇIQLANDI

Read Next

MN-nin daha bir sabiq idarə rəisi-SAXLANILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir