Lavrovla Kerri yenidən bir araya gəldi

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirliyinin məlumatında bildirilir.

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Sergey Lavrov və Con Kerri arasında görüş keçirilib. Görüşdən əvvəl tərəflər arasında telefon danışığı olub. Danışıq ABŞ tərəfinin təşəbbüsü ilə gerçəkləşib. Tərəflər Suriyada son vəziyyəti müzakirə edib, nizamlanma prosesinə dair fikir mübadiləsi aparıblar”-deyə, məlumatda deyilir.

Etikxeber.az

Read Previous

Ağahüseyin Mustafayev dünya çempionu oldu, Coşqun Əzimov gümüş medal qazandı

Read Next

Xəzərin kənarında hasarlara məhdudiyyət qoyulmayacaq obyektlər müəyyənləşdirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir