Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dağlıq Qarabağda heç bir dövlət tərəfindən tanınmayan, Rusiyanın dəstəyi, qanunsuz silahlı birləşmələr vasitəsi ilə ərazilərimizi işğal altında saxlayan qanunsuz rejimin keçirdiyi “seçkilər” in də, “andiçmə mərasimi”nin də, əslində heç bir əhəmiyyəti yoxdur.
Bu, sadəcə, bir görüntü, maskaraddır.
Amma, erməni tərəfi bu maskarada bir məna verməyə çalışır.
İstər Paşinyanın M.Ə.Rəsulzadə haqqında dedikləri, onun tez-tez Şuşaya gəlib rəqs etməsi, şərab içib uzanması, indi də bu “inaqurasiya” tamaşasının Xankəndində yox, Şuşada qurulması Azərbaycan xalqının heysiyyatı ilə oynamaq məqsədi daşıyır.
Bu həm də “nöqtə-nida dialoqu” nun davamıdır.
Nöqtələr davam edir. Nidalardan bir xəbər yoxdur.
Əslində bu həyasızlıqların bir cavabı var.
İşğal altında olan ərazilərimiz mümkün olan hər hansı yolla azad edilməlidir.
Bu Azərbaycan xalqının hüququ, Azərbaycan dövlətinin vəzifəsidir.
Lazım gəlib.

Arif HACILI,
Müsavat Partiyasının başqanı
Etikxeber.az