“Lazım gəlsə, ehtiyac olsa, yenə də tərəddüd etmədən, gözümü qırpmadan Vətənimizin keşiyində dayanmağa, övladlıq borcumu yerinə yetirməyə hazıram…”-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ, ÜÇ MEDALLI, VALİDEYNLƏRİ İLƏ BİRLİKDƏ KİRAYƏDƏ YAŞAYAN, BİR ÇOX HAQQI HƏLƏ DƏ TANINMAYAN XANKİŞİ İLHAM OĞLU YUSİFOV – FOTO-VİDEO – YENİLƏNİB

Bu gün-17 may 2023-cü il tarixində Bərdəli (həm də Goranboylu) İkinci Vətən Müharibəsi Qazisi, keçmiş hərbçi, Gizir Xankişi İlham oğlu Yusifovu Bakı şəhərinin Sabunçu rayonunda-kirayə yaşadığı evdə ziyarət etdim…

Həm də ailəsinə-valideynlərinə baş çəkdim…

Qeyd edim ki, Qazimiz bir müddət öncə-may ayının 3-də növbəti dəfə ağır əməliyyat keçirib və 13 may tarixində əməliyyat olunduğu Respublika Neyrocərrahiyyə Xəstəxanasından evə buraxılıb…

Ailənin iki övladından biri, evin tək-subay oğlu və 1994-cü il doğumlu olan Qazimiz 2012-2014-cü illərdə Daxili Qoşunlarda hərbi xidmət keçib…

Vətənə xidmət borcunu yerinə yetirib, evinə-ailəsinə döndükdən sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordusunda, Xüsusi Təyinatlı Qüvvələrdə əvvəlcə MAXE-Kiçik çavuş, sonra Gizir kimi fəaliyyət göstərib…

Və Azərbaycan Ordsunun peşəkar hərbçisi, bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsində, Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdə iştirak edib…

Həmin istiqamətdə gedən qanlı döyüşlərdən birində çox ağır şəkildə yaralanıb, 2 gün “morq”da, 26 gün isə koma vəziyyətində qalıb…

Həmin vaxtdan da son günlərə kimi ağır müalicə-müayinlərdən, sayını-hesabını itirdiyi ağır, təhlükəli əməliyyatlardan keçib…

Səhhəti ilə bağlı Ordudan təxris olunub, ikinci qrup əlillik dərəcəsi alıb və 5 il müddətinə…

Hansı ki, bu qədər müalicə-müayinə, ağır əməliyyatlardan keçən, hələ qarşıda növbəti əməliyyatları olan Qazimizə əslində Haqq etdiyi ömürlük-birinci qrup və yaxud iki qrup əlillik dərəcəsi verilməlidir…

Eyni zamanda, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, Qazimiz hələ də ehtiyacı olan evlə-mənzillə və avtomobillə təmin olunmayıb…

Bununla yanaşı, təltif olunduğu 3 medaldan əlavə daha 3 medal və “Azərbaycan Bayrağı” ordeninə təqdimatı gözlənilsə də, ötən müddətdə bu yöndə də müsbət addım atılmayıb…

Qazimizin ev-mənzil, maşın-avtomobil Haqqı kimi orden və əlavə 3 medal Haqqı da tanınmayıb…

Və təəssüflər olsun ki, maddi cəhətdən böyük sıxıntılar içində olan ailəsi-Birinci Qarabağ Savaşı iştirakçısı atası (onun da bu günə kimi veteranlıq Haqqı tanınmayıb) və anası ilə birlikdə Bakı şəhərində kirayədə yaşasırlar…

Bunu-belə münasibəti isə heç bir halda Haqq etmirlər…

Odur ki, Qazimizin həm ev-mənzil, həm də masın-avtomobil Haqqı tanınmalı, ev-mənzillə, maşın-avtomobillə təmin edilməlidir…

Ziyarət zamanı bir daha Qazimiz və sadə, mehriban, təvazökar, Vətən sevdalısı ailəsi lə söhbətləşdim, hal-əhvallaşdım…

Qazimiz isə öz növbəsində əməliyyatının uğurlu başa çatmasında Respublika Neyrocərrahiyyə Xəstəxanasının bütün kollektivinə, tibbi personalına, eyni zamanda, ona mənəvi və maddi dəstək olanlara bir daha minnətdarlıq və təşəkkürlərini bildirdi…

İstər səhhəti, istərsə maddi durumu ilə bağlı problemlər, sıxıntılar yaşamasına, hələ də səhhətində ciddi problemlər qalmasına rəğmən Qazimiz hər zaman Vətənin keşiyində dayanmağa hazır olduğunu bildirdi…

“On ilə yaxın Azərbaycan Ordusunda xidmət etmişəm…Atam Birinci Qarabağ Savaşının iştirakçısı olub…Rəhmətlik ata babam İkinci Dünya Müharibəsində iştirak edib…Mən də onların davamçısı kimi Azərbaycan Ordusunda qulluq etmiş, İkinci Vətən Müharibəsində Vətən yolunda sağlamlığımdan keçmişəm…Keçirdiyim əməliyyatların sayını-hesabını itirmişəm…Qarşıda da növbəti əməliyyatlarım dayanır…Amma lazım gəlsə, ehtiyac olsa, yenə də tərəddüd etmədən, gözümü qırpmadan Vətənimizin keşiyində dayanmağa, vətəndaşlıq, övladlıq borcumu yerinə yetirməyə hazıram…Allah Qazilərimizə can sağlığı versin, Şəhidlərimizin isə məkanları cənnətlik, ruhları şad olsun!”

Qazimizi, ailəsini ziyarətim təxminən iki saat çəkdi…

Bu yerdə qeyd edim ki, daim Şəhid ailələrinin və Qazilərin yanında, onların xidmətində olan Xaliq Bayramov və 20 ildən çox Azərbaycan Ordusunda xidmət edın, Aprel döyüşlərinin və İkinci Qarabağ Müharibəsinin iştirakçısı-polkovnik Ziya Kazımov da Xankişi Kazımovu və ailəsini ziyarətə gəlmişdilər…

Qazimiz bütün çətin anlarında təmənnasız şəkildə onun, ailəsin yanında olan Xaliq Bayramova və polkovnik Zaur Kazımova, o cümlədən VİP MİLANA Hospitalın rəhbəri Xuraman Muradovaya öz minnətdarlığını ifadə etdi…

Bəli, səhhətindəki və həyatındakı bütün çətinliklərə baxmayaraq, Məğrur, Qürurlu bir şəkildə ayaqları üstündə dayanan Qazimizin artıq durumu nəzərə alınmalı, Haqq etdiyi bütün məqamlar, məsələlər tez bir zamanda öz həllii tanınmalıdır…

Sözə, vədə yox, artıq işə, əmələ keçilməlidir…

Allah Yar və Yardımçısı olsun, tezliklə şəfasını versin-Qazimizin!

Tezliklə sağlamlığına qovuşsun və həyatındakı bütün çətinliklər qısa bir zamanda aradan qalxsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Azerbaijan”-SƏRGİLƏRİNDƏ – FOTOLAR

Read Next

Şəhid xanımı İradə Abbasova Mehriban Əliyevaya müraciət etdi: “AYLARDIR BƏRBAD VƏZİYYƏTDƏ OLAN MƏNZİLİMİZİN TƏMİRİ MƏSƏLƏSİ YUBALIDIR, KİRAYƏDƏ YAŞAMAQ MƏCBURİYYƏRİNDƏ QALMIŞIQ, BİZƏ KÖMƏK EDİN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir