“Dünyada erməni lobbisi niyə bu qədər güclüdür? Cavabı sadədir: Erməni lobbisi hər ölkədə fəal seçici olmağa çalışır.
Elə ölkələr var ki, orada türklər ermənilər qədərdir, ancaq yenə də prezident və deputat seçilmək istəyən şəxs birinci növbədə erməni lobbisinin təmsilçiləri ilə görüşmək istəyir.
Çünki bilir ki, seçkidə onların səslərinə arxayın ola bilər, bir şərtlə ki, “erməni soyqrımı”nın tanınması istiqamətində, Türkiyə və Azərbaycan əleyhinə addımlar atmağa vəd etsin”.
Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Fransa prezidentliyinə əsas namizəd Emmanuel Makron seçkiqabağı çıxışlarında hələ ki, ermənilərə heç nə vəd etməyib.
“Fransadakı erməni lobbisinin əsas namizədləri keçmiş baş nazir Fiyon və milliyətçi Len Pen idi. Ancaq Makron hər ikisini geri qoydu və böyük ehtimalla ikinci turda Le Pen üzərində qələbə çalacaq.
Bunu erməni lobbisi də anlayır və mən istisna etmirəm ki, Le Pendən əlini üzən erməni lobbisi artıq Makrona yol axtarır, onunla görüşəcəklərini istisna etmirəm.
Bunun qarşılığında Makronun erməni lobbisinə nə vəd edəcəyi üzərində baş sındırmağa dəyməz. Bizimkilərdən nə xəbər var?” – o, daha sonra qeyd edib.
Etikxeber.az