Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin “Qalatasaray” komandası heyətinə yeni futbolçu cəlb edib.
Etikxeber.az İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, son ölkə çempionu İngiltərənin “Sautqempton” klubundan Mario Leminanı heyətinə qatıb.
İyirmi altı yaşlı qabonlu yarımmüdafiəçi birillik icarəyə götürülüb.
M.Lemina karyerası ərzində Fransanın “Loryen”, “Marsel” və İtaliyanın “Yuventus” klublarında oynayıb. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 21 görüşdə meydana çıxıb və 1 qol vurub.
“Sarı-qırmızılar”ın hücumçusu Mbaye Diaqne isə birillik icarə əsasında Belçikanın “Brügge” klubunda çıxış edəcək. Ötən mövsüm “Kasımpaşa”dan “Qalatasaray”a transfer olan seneqallı futbolçu Superliqada oynadığı müddətdə 29 matçda 30 qol vurub.

Eyni zamanda,UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İspaniyanın “Sevilya” klubu Meksika yığmasının futbolçusu Xavyer Hernandesin keçidini həll edib.
31 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün Andalusiya təmsilçisinin düşərgəsinə gəlib.
“Çiçarito” ləqəbli forvardın səhhətində heç bir problem aşkarlanmayacağı təqdirdə, “Sevilya” onun məxsus olduğu İngiltərənin “Vest Hem” klubuna 9 milyon avro ödəyəcək.
“Vest Hem” Hernandesi 2017-ci ildə Almaniyanın “Bayer” klubundan 17,8 milyon avroya alıb. Onun klubu ilə 2020-ci ilin iyulunadək müqaviləsi var.
Meksikalı forvard karyerası ərzində İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real Madrid” klublarının da formasını geyinib.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda “Sevilya”ya qarşı keçirəcək.
Etikxeber.az





